22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Malatyada baş vermis zəlzələdə 187 nəfər yaralanıb

17-10-2024
IMG

Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya Malatyada verdiyi açıqlamada zəlzələdən 187 nəfərin zərər çəkdiyini, 43 nəfərin isə müalicə altına alındığını bildirib.

Yerlikaya 5,9 bal gücündə zəlzələnin baş verdiyi Malatyada Fəlakət Koordinasiya Mərkəzində mətbuat konfransı keçirib. Episentri Malatyanın Kale mahalı olan zəlzələdən Diyarbəkir, Şanlıurfa, Elazığ, Batman, Adıyaman, Kahramanmaraş və Tunceli vilayətlərinin zərər çəkdiyini vurğulayan Yerlikaya zəlzələdən dərhal sonra bütün əlaqədar qurumların koordinasiyalı olaraq sahə taramasına başladıqlarını deyib. 

Nazir həm Malatyada, həm də Elazığda zərərin qiymətləndirilməsi ilə bağlı işə başladıqlarını bildirib. 

Ali Yerlikaya jandarm və polis qüvvələrinə aid 55 avtomobil, AFAD-dan 210 personal, 3 İHA və 1 pilotlu kəşfiyyat təyyarəsinin işlərini davam etdirdiyini bildirib və əlavə edib ki, dünən saat 15.00-a olan məlumata görə, 112 çağrı mərkəzinə  1112 bildiriş daxil olub. Bu bildirişlərin 963-ü məlumat, 149-u isə yardım məqsədi daşıyıb. Ümumilikdə üç binada qismən uçma baş verib. 

Yerlikaya Səhiyyə Nazirliyindən alınan məlumata görə, ümumilikdə 187 nəfərin zəlzələdə yaralandığını, 43 nəfərin nəzarətdə saxlanıldığını, digərlərinin isə ambulator müalicə ilə evə buraxıldığını bildirib.

Ali Yerlikaya Malatya, Şanlıurfa, Elazığ, Adıyaman və Batmanda təhsilin bir günlük dayandırıldığını bildirib.

Pütürge və Kale rayonlarında qaya çökməsinin baş verdiyini və bu yolların avtomobil yolları tərəfindən sürətlə təmizləndiyini vurğulayan nazir bölgədə heç bir yolun bağlı olmadığını bildirib. "Zəlzələdən zərər çəkmiş vilayətlərimizdə elektrik enerjisinin kəsilməsi yoxdur. İnfrastrukturun zədələnməsi və ya su kəsilməsi ilə bağlı heç bir məlumat yoxdur"- deyən Yerlikaya bölgədəki xəstəxanaların binalarına zərər dəymədiyini söyləyib.

Paylaş: