22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Malatyada baş verən 5,9 bal gücündə zəlzələdə 3 bina dağılıb

16-10-2024
IMG

Xəbər verdiyimiz kimi, Malatyanın Kale rayonunda bu gün yerli vaxtla  saat 10.46-da 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələdə Malatya, Şanlıurfa və Elazığda 3 binaya ziyan dəyib. Elazığda qismən zədələnmiş binada olan 4 nəfər sağ-salamat xilas edilib. Zəlzələnin 10,07 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib. 

AFAD zəlzələdən sonra 30 yeraltı təkan olduğunu və yeraltı təkanların 1,2-3 bal gücündə olduğunu bildirib. Malatya valisi Seddar Yavuz məhkəmədə olanlar istisna olmaqla, şəhərdə ağır ziyan dəymiş bütün binaların artıq söküldüyünü və söküntü üçün məhkəmə mərhələsini gözləyən binaların da boşaldıldığını bildirib.

Yavuz "Sosial mediada çökən binanın bəzi görüntülərini də gördük, lakin bunlar nəzarətli şəkildə sökdüyümüz binadan görüntülərdir. Ona görə də vətəndaşlarımızı çaxnaşmaya salacaq təsdiqlənməmiş görüntülərin yayımlanmamasını xahiş edirik"-deyib.  

Sahə taramalarının davam etdiyini qeyd edən Yavuz can itkisi və yaralanan olmadığını da bildirib.

Paylaş: