22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Məkkədə havanın temperaturu 52 dərəcəyə çatıb

21-06-2024
IMG

Səudiyyə Ərəbistanında həddindən artıq istilər Həcc ziyarəti üçün Məkkədə olan zəvvarların ölümünə səbəb olub.Son xəbərə görə, həyatını itirənlərin sayı 1000 nəfəri keçib.

Təxminən 10 ölkə İslamın beş sütunundan biri olan və bütün əmək qabiliyyətli müsəlmanlar tərəfindən ən azı bir dəfə yerinə yetirilməli olan illik həcc ziyarəti zamanı 1081 nəfərin öldüyü açıqlanıb. 

Səudiyyə Ərəbistanının milli meteorologiya mərkəzi bu həftənin əvvəlində Məkkədəki Böyük Məsciddə ən yüksək temperaturun 51,8 dərəcə Selsi ilə ölçüldüyünü bildirib.Səudiyyə Ərəbistanında aparılan və ötən ay dərc edilən hesabata görə, bölgədə hər on ildən bir havanın temperaturu 0,4 dərəcə selsi yüksəlir.

Ölənlərdən ən az 323-ü Misir, 60-ı isə  İordaniya vətəndaşıdır. Ölümlərin istidən qaynaqlanan xəstəliklər səbəbindən baş verdiyi açıqlanıb.
Misirlə yanaşı, Malayziya, Pakistan, Hindistan, İordaniya, İndoneziya, İran, Seneqal, Tunis və İraqdan da çoxlu zəvvarın həddindən artıq istilər səbəbindən həyatını itirdiyi bildirilib.

Müqəddəs torpaqlarda qeydiyyatdan keçməmiş zəvvarlar daha çox risk altındadırlar, çünki onlar saatlarla gəzinti və çöldə dua etdikdən sonra sərinləmək üçün Səudiyyə rəsmiləri tərəfindən 1,8 milyon səlahiyyətli zəvvar üçün nəzərdə tutulmuş kondisionerli ərazilərə daxil ola bilmirlər.

Paylaş: