Məhkəmə Ekspertizası Şurasının ilk iclasında İşçi qrupların yaradılması məsələsi müzakirə edilib
Avqustun 26-da Ədliyyə Nazirliyində Məhkəmə Ekspertizası Şurasının ilk iclası keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Fərid Əhmədovun sədrliyi ilə keçirilən iclasda Şuranın üzvləri daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov, müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Şərafət Həsənov, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, Baş prokurorun müavini Elmar Camalov, Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin müavini Şahmar Məmmədov iştirak ediblər.
Fərid Əhmədov iclası açaraq, Prezident İlham Əliyevin 7 avqust 2024-cü il tarixli Sərəncamı ilə yaradılmış Məhkəmə Ekspertizası Şurasının ölkəmizdə bu sahədə fəaliyyətin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun təmin edilməsi, sahə üzrə vahid standartların hazırlanması və tətbiqi, rəqəmsallaşmanın və şəffaflığın təmin edilməsi, eləcə də kadr potensialının gücləndirilməsi istiqamətində əhəmiyyətini vurğulayıb.
Sonra iclasın gündəliyində duran məsələlər üzrə müzakirələrə başlanılıb. Əvvəlcə “Məhkəmə Ekspertizası Şurasının fəaliyyətinə dair iş qaydası”nın layihəsi müzakirə edilib. Həmçinin Məhkəmə Ekspertizası Şurasının fəaliyyətinin koordinasiyasının təmin edilməsi üçün Şuranın katibi təyin olunub.
Daha sonra müvafiq Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan tapşırıqların çevik qaydada həll edilməsi məqsədilə müvafiq İşçi qruplarının yaradılması məsələsi müzakirə edilib.
İclasın sonunda gündəlikdə məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...