Mahaçqala dəniz limanı dayazlaşma ilə əlaqədar qismən bağlanıb
Mahaçqala dəniz ticarət limanı quru yük kanalının dayazlaşması səbəbindən qismən bağlanıb.
Fhnews.az TASS-a istinadla xəbər verir ki, Dağıstan hökumətinin “Teleqram” kanalının məlumatına görə, 20-yə yaxın gəmi gözləməkdədir və limana daxil ola bilmir.
Quru yük limanı kanalı üç həftə davam edən uzun sürən küləklər səbəbindən qumla örtülüb. Məsələni həll etmək üçün fövqəladə iclas çağırılıb.
"Limanda vəziyyət kritikdir, 20 gəmi gözləyir, davamlı küləklər var və bəzi tədbirlər görməliyik ki, mövcud vəziyyətdən çıxa bilək. Biz artıq yedək gəmilərlə ərzaqları həmin gəmilərə çatdırırıq” – deyə limanın baş direktoru vəzifəsini icra edən Rüstəm Kərimov bildirib.
O əlavə edib ki, problemin həlli üçün gəmilərin qeydiyyatını sürətləndirmək, eləcə də dibdərinləşdirmə işlərini tez bir zamanda həyata keçirmək lazımdır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...