Madaqaskarda "Alvaro" qasırğası ciddi problemlər yaradıb
Madaqaskarda ayın əvvəlindən təsirli olan "Alvaro" qasırğası nəticəsində 12 nəfər həyatını itirib. Milli Risk və Fəlakət İdarəetmə Ofisinin açıqladığı rəsmi rəqəmlərə görə, qasırğadan zərər çəkənlərin sayı 32 min 876-ya yüksəlib, 16 mindən çox insan evlərini tərk edərək sığınacaqlara yerləşib.
Təsiri ölkənin cənub-şərqində daha çox hiss edilən qasırğa nəticəsində ümumilikdə 6616 ev su altında qalıb, 12 nəfər həyatını itirib. Yanvarın 1-də fırtına kimi ölkəyə daxil olan “Alvaro” yanvarın 2-dən etibarən təsirini artıraraq qasırğaya çevrilib.
Hind okeanında bir ada ölkəsi olan Madaqaskarda yanvar ayında yağışlı mövsüm başlayır və aprel ayına qədər davam edir.
Keçən il ölkədə təsirli olan Cheneso qasırğası nəticəsində ən azı 30 nəfər həlak olmuşdu.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...