22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Mədən qəzasında axtarış-xilasetmə işləri davam edir

13-02-2024

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Ərzincanın İliç rayonunda qızıl mədəninin yerləşdiyi ərazidə baş verən sürüşmə ilə bağlı sosial media hesabından açıqlama verib. 

Nazir Bayraktar sosial şəbəkədəki paylaşımında beynəlxalq proqramını yarımçıq kəsərək bölgəyə gedəcəyinin bildirib və paylaşımında bunları yazıb : “Ərzincanın İliç rayonunda baş verən mədən qəzasının ardından 9 mədən işçisinə çatmaq üçün bölgəyə sövq edilən axtarış-xilasetmə qrupları işlərini davam etdirir.

Nazirlik olaraq qurduğumuz böhran mərkəzində baş verənləri ən incə detalları ilə izləyirik. İşləri yaxından əlaqələndirmək üçün  beynəlxalq proqramımı yarımçıq qoyaraq, bu gecədən etibarən bölgəyə hərəkət edəcəyəm”.

Paylaş: