Macarıstanda dünyanın ən uzun asma körpüsü açılıb
Macarıstanın şimalında, Slovakiya ilə sərhəddə yerləşən Satoraljaujhely qəsəbəsində dünyanın ən uzun ikitərəfli asma körpüsü əhalinin istifadəsinə verilib.
Təxminən 800 metr uzunluğunda olan körpü şəhərin iki nöqtəsini- Var-Hill və Szar-Hill-i 80 metr yüksəklikdə birləşdirir.
Orta hissədə şüşə döşəmə olacaq körpü Tokaj-Zemplen İnkişaf Proqramı çərçivəsində 9,3 milyon funt sterlinq büdcə ilə tikilir.
Körpünün dizaynı böyük dirəklərə ehtiyacı aradan qaldıraraq landşaftda minimal fiziki təsirə üstünlük verir.
Yeni piyada körpüsü daha sonra bütövlükdə bələdiyyəyə məxsus layihə olan Zemplen Macəra Parkının bir hissəsi olacaq.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...