22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Macarıstan İsveçdən 4 ədəd “Gripen” qırıcı təyyarəsi alacaq

24-02-2024

Macarıstan İsveçdən 4 ədəd “Gripen” qırıcı təyyarəsi alacaq. Bu barədə Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə isveçli həmkarı Ulf Kristerssonla birgə mətbuat konfransında deyib.

Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, jurnalistlərlə görüşdən əvvəl tərəflər İsveç qırıcılarının Macarıstanda istifadəsi və texniki qulluğu barədə iki saziş imzalayıblar. Hazırda Macarıstan hərbi hava qüvvələrində 14 belə qırıcı var. “Biz Macarıstan müdafiə qüvvələrinin “Gripen” qırıcıları parkına daha 4 təyyarə əlavə edəcək, bununla da hərbi potensialımızı artıracaq və müdafiə qabiliyyətimizi daha da möhkəmləndirəcəyik”, - deyə Orban bildirib.

O, Macarıstanın kirayəsində olan “Gripen” qırıcılarının texniki qulluğunu və modernləşdirilməsini davam etdirməyi nəzərdə tutan ikinci sənədin vacibliyini də vurğulayıb. Orbanın sözlərinə görə, əldə olunan razılaşmaya əsasən, tərəflər bu sahədə hərbi-texniki və elmi əməkdaşlığa başlayacaqlar. Baş nazir vurğulayıb ki, bu, Ukraynada davam edən münaqişə və Qərbi Balkan regionunda qeyri-sabit vəziyyət fonunda çox mühümdür.

“JAS 39 Gripen” İsveçin fəxridir, eləcə də bizim sualtı hərbi texnika, radiolokasiya texnologiyası və s. imkanlarla yanaşı NATO-ya aparacağımız aktivlərdən biridir. Şadam ki, tezliklə Avropa hava məkanında daha çox “Gripen”lər uçacaq”, - deyə İsveçin Baş naziri mətbuat konfransında bəyan edib.

Paylaş: