"M-çiçəyi" virusu Afrikada yayılmağa davam edir
“M-çiçəyi” və ya başqa adıyla m-pox virusu Afrikada Konqo Demokratik Respublikası, Burundi, Ruanda və Cənubi Afrikadadan sonra nəhayət Mərkəzi Afrika Respublikasında müşahidə edilib.
CAR Səhiyyə Naziri Pierre Somse verdiyi açıqlamada paytaxt Banguidə, eləcə də ölkələrinin kənd yerlərində virusun aşkar edildiyini açıqlayıb.
Nazir epidemiyaya qarşı qabaqlayıcı tədbirlərin görüldüyünü də bildirib.
Konqoda sürətlə yayılan “m-pox” epidemiyasının regional yayılma riskinin olduğu barədə xəbərdarlıq edilib.Ölkənin Səhiyyə Nazirliyinin məlumatlarına görə, ilin əvvəlindən bu günə qədər ölkədə 450 nəfər dünyasını dəyişib, 11 bin 166 virusa yoluxma faktı aşkarlanıb.
Ümumdünya Səhiyyə Təşkilatı virusun yeni variantının Konqo Demokratik Respublikasının şərq sərhədində sürətlə yayıldığını və onun indiyə qədərki ən təhlükəli variant olduğunu açıqlayıb.
Virus əvvəllər ABŞ və Hindistanda da ölümlərə səbəb olub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...