Londonun simvolik qülləsi otelə çevriləcək
İngiltərənin paytaxtı Londonun təqribən 200 metrlik simvolik binalarından biri olan BT Tower 347 milyon dollara “MCR Hotels”ə satılıb. Məşhur qüllənin lüks otelə çevriləcəyi bildirilib. Təxminən 200 metr yüksəklikdə yerləşən otel otağından Londonu seyr etmək istəyənlər tezliklə arzularını həyata keçirəcəklər.
Bu qüllə şəhərin simvollarından biri kimi İngiltərənin telekommunikasiya trafikini daşıyıb. 1984-cü ildən binanı idarə edən Britaniya şirkəti BT Group telekommunikasiya trafikinin hazırda sabit və mobil şəbəkələr vasitəsilə təmin edildiyini açıqlayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...