22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Londondan Sinqapura uçan təyyarə hava burulğanına düşüb

21-05-2024
IMG

İngiltərənin paytaxtı Londondan Sinqapura uçan Sinqapur Hava Yollarına məxsus təyyarənin turbulentliyə girməsi nəticəsində 1 sərnişin ölüb, 30-dan çox sərnişin yaralanıb. Daily Mail-in məlumatına görə, Sinqapur Hava Yolları tərəfindən edilən açıqlamada, Londondan Sinqapura uçan "SQ321" reysinin yerli vaxtla saat 15.45-də Taylandın paytaxtı Banqkokdakı Suvarnabhumi Beynəlxalq Hava Limanına təcili eniş etdiyi bildirilib.

Açıqlamada, ümumilikdə 211 sərnişin və 18 nəfərlik ekipajı olan təyyarənin tropik fırtınaların baş verdiyi bölgədə hava məkanında şiddətli turbulentliyə girdiyi qeyd edilib.

Açıqlamada təyyarənin turbulentliyə girməsi nəticəsində 1 sərnişinin öldüyü, 30-dan çox sərnişinin isə yaralandığı bildirilib.

Qərargahı Taylandda yerləşən 3PlusNews yayım şirkəti də təcili yardım qruplarının hadisədən zərər çəkənlərə tibbi müdaxilə etdiyini bildirib.
Qeyd edək ki, təyyarə yerli vaxtla saat 18.10-da Sinqapurun Çanqi hava limanına enməli idi.

Paylaş: