London Metropoliteninin işçiləri noyabrda tətil planlaşdırırlar
London Metropoliteninin işçiləri maaş mübahisəsi ilə bağlı noyabrda tətilə çıxacaqlar.
Fhnews.az xəbər verir ki, bu barədə “Aslef” həmkarlar təşkilatı məlumat yayıb. Bildirilib ki, qatar maşinistləri ilə yanaşı təlimatçılar, idarəetmə xidmətində çalışan işçilər və mühəndislik bölməsinin əməkdaşları də tətil edəcəklər.
Maşinistlər və idarəetmə heyəti 7 və 12 noyabr tarixlərində, mühəndislik bölməsində çalışanlar isə 1 noyabrda 24 saatlıq tətil keçirəcəklər.
London Nəqliyyat İdarəsi tətil qərarını "məyusedici" adlandırıb, lakin həmkarlar təşkilatları ilə danışıqların davam etdiyini qeyd edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...