Liviyanın Zliten şəhərində qrunt sularının qalxması problemlər yaradıb
Liviyanın paytaxt Tripolinin şərqində yerləşən Zliten şəhərində yeraltı və kanalizasiya sularının qalxması nəticəsində 17 ailə təxliyyə edilib.
Zliten Bələdiyyəsinin mətbuat xidmətinin katibi İsmayıl əl-Cevsami yerli mətbuata açıqlamasında şəhərdə yeraltı suların qalxması nəticəsində yaranan gölməçələrin və bəzi evlərin zirzəmilərinin su ilə dolduğunu bildirib.
Bələdiyyənin Böhran və Fövqəladə Hallar Komitəsinin dəymiş ziyanı müəyyən etmək üçün heyət formalaşdırdığını qeyd edən Cövsami suyun səviyyəsinin artması nəticəsində 17 ailənin köçkün düşdüyünü bildirib.
Şəhərdə qrunt sularının qalxması probleminin əvvəllər də mövcud olduğunu, lakin bunun yenicə özünü büruzə verdiyini deyən Cevsami hökuməti təcili tədbirlər görməyə və şəhəri fəlakət bölgəsi elan etməyə çağırıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...