Liviyada həddindən artıq istilər minlərlə xurma ağacını məhv edib
Liviyanın cənubundakı Kufra şəhərində həddindən artıq istilər səbəbindən baş verən yanğında minlərlə xurma ağacı yanıb.
Liviya Milli Təhlükəsizlik Qurumunun verdiyi məlumata görə, ölkənin cənubundakı Kufrə şəhərində həddindən artıq istilərin səbəb olduğu böyük yanğınlar baş verib.Kufrədə 3 böyük xurma becərmə fermasında baş verən yanğınlarda minlərlə xurma ağacı külə dönüb.Xurma fermalarında ağacların 70 faizini məhv edən yanğınlardan ikisi nəzarət altına alınarkən, yanğınsöndürmə qrupları hələ də bir fermada yanğını nəzarət altına almağa çalışır.Yanğınlarda insan tələfatı və xəsarət alan olmayıb.
Liviya Milli Meteorologiya Mərkəzi əksər bölgələrdə temperaturun mövsüm normalarından yüksək olacağını açıqlamış və Kufrədə temperaturun 42 dərəcəyə çata biləcəyi barədə xəbərdarlıq etmişdi.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...