22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Liviya 700-dən çox miqrantı Nigerə və Misirə deportasiya edib

26-07-2024
IMG

Liviyanın Qeyri-qanuni Miqrasiyaya Nəzarət Departamenti 700-dən çox qeyri-qanuni miqrantı öz ölkələrinə - Niger və Misirə deportasiya edib.

Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə departamentin təhlükəsizlik məsələləri bölməsi açıqlama yayıb. Bildirilib ki, Liviyadan miqrantların deportasiyası davam edəcək.

Xatrıladaq ki, ölkənin daxili işlər naziri Emad əl-Tarabelsinin iyulun əvvəlində yaydığı məlumata görə, Liviyada olan xarici vətəndaşların sayı 2,5 milyondur və onların əksəriyyəti Liviya sərhədlərini giriş vizası olmadan keçib.

Paylaş: