22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Litvanın “Broswarm” startapı minaların aşkar edilməsi texnologiyalarını işləyib hazırlayır

13-07-2024
IMG

Litvanın iqtisadiyyat və innovasiyalar naziri Auşrine Armonayte qabaqcıl mina aşkarlama texnologiyalarını işləyib hazırlayan “Broswarm” innovativ startapının nümayəndələri ilə görüşüb və şirkətin fəaliyyət planlarını müzakirə edib.

Fhnews.az bu barədə Litva mətbuatına istinadla xəbər verir.

Nazirin sözlərinə görə, güclü və innovativ həlləri yaradan müdafiə sənayesi milli təhlükəsizliyin təmin edilməsi üçün olduqca böyük əhəmiyyət kəsb edir.

“Biz müdafiə innovasiyaları ekosisteminin möhkəmləndirilməsinə sərmayə qoymağa və bu sektorda olan şirkətlərə beynəlxalq zəncirlərə qoşulmağa kömək etməyə davam edəcəyik”, – deyə o bildirib.

Nəşrlərdə qeyd olunur ki, “Broswarm” obyektin formasını hətta yerin altında müəyyən etməyə imkan verən yeni nəsil yüksək həssas sensor işləyib hazırlayır. Bu cıhazın əsas təyinatı minaların aşkar edilməsidir.

Bu sensor və drona birləşdirilmiş digər sensorlardan olan məlumatlar daha sonra süni intellekt tərəfindən emal olunur və tədqiq olunan zonada obyektlər dəqiq işarələnir. Bu il startap texnologiyanın inkişafına 100 min ABŞ dolları məbləğində sərmayələr cəlb edib.

Bundan əvvəl Litvanın startap kateqoriyalı “Broswarm” kommersiya müəssisəsi pilotsuz uçuş aparatları vasitəsilə minalardan təmizləmə ideyasını təklif edərək, NATO–nun innovasiyalar müsabiqəsində qalib gəlib, - deyə TASS agentliyi Litvanın İqtisadiyyat Nazirliyinə istinadla bildirir.

Paylaş: