Litvada qasırğadan sonra 60 min abonent işıqsız qalıb
Litvada avqustun 28-29-da baş verən güclü külək elektrik təminatında fasilələrə səbəb olub. Nəticədə 60 minə yaxın istehlakçı hələ də işıqsız qalıb.
Fhnews.az xəbər verir ki, bu barədə jurnalistlərə “Energijos skirstymo operatorius” paylayıcı şəbəkə operatorunun nümayəndəsi Rasa Juodkene deyib. Onun sözlərinə görə, iki gün ərzində nasazlıq aradan qaldırılacaq və elektrik enerjisinin fasiləsiz verilişi bərpa olunacaq.
Müəssisənin direktoru Renaldas Radvila isə öz növbəsində fırtına səbəbindən elektrik kəsilməsinin 300 min istehlakçıya təsir etdiyini bildirib.
Yerli mütəxəssislər belə hadisələrin qarşısını almaq üçün elektrik naqillərinin yerin altı ilə çəkilməsinin vacibliyini qeyd edirlər. Litvada 85 min kilometri yerüstü və 45 min kilometri yeraltı olmaqla 129 min kilometrlik elektrik ötürücü xətlər var. Onların hamısının yerin altı ilə çəkilişi elektrik enerjisinin maya dəyərini üç dəfə artıra bilər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...