Litva üç il ərzində ordunu kəşfiyyat PUA-ları ilə tam təchiz etmək niyyətindədir
Üç il ərzində Litva ordusu geniş spektrli kəşfiyyat xarakterli pilotsuz uçuş aparatları (PUA) ilə tam təchiz olunacaq.
Fhnews.az xəbər verir ki, bu barədə jurnalistlərə Litva Silahlı Qüvvələri Baş Qərargahının Planlaşdırma şöbəsinin rəisi, polkovnik Rolandas Qreybus məlumat verib.
“Yaxın üç il ərzində ordunun bütün bölmələrini bu effektiv kəşfiyyat vasitələri ilə təchiz edilməsi problemini həll edəcəyik. Çəkisi 15 kiloqramdan 150 kiloqrama qədər olan PUA-ların satınalma prosedurları başa çatmaq üzrədir. Növbəti mərhələ 2 kiloqramdan 15 kiloqrama qədər olan cihazların alınmasıdır”, - deyə polkovnik vurğulayıb.
Litva hərbi pilotsuz təyyarələrin arsenalının hazırlanmasına hər il 30 milyon avro ayırmaq niyyətindədir. Ötən ilin dekabrında Vilnüs ABŞ-dan “Switchblade” döyüş pilotsuz təyyarələrinin tədarükü üçün müqavilə imzalayıb. İlk partiya bu il Litvaya çatmalıdır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...