22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Litva Hərbi Dəniz Qüvvələri üçün axtarış-xilasetmə gəmisi inşa ediləcək

22-07-2024
IMG

Litva Hərbi Dəniz Qüvvələri üçün axtarış-xilasetmə gəmisi inşa ediləcək.

Fhnews.az “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit Nazirliyi məlumat yayıb.

“Gəminin inşası haqqında müqavilə Litva Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Giedrius Premenckas və nazirliyin Layihələr üzrə Agentliyinin direktoru Gvidas Darguzas tərəfindən imzalanıb”, - məlumatda bildirilib.

Plana əsasən, yeni axtarış-xilasetmə gəmisi 2029-cu ildə suya salınacaq. Gəminin dəyəri açıqlanmasa da, vəsaitin təxminən 34 milyon avroluq hissəsinin Aİ fondları tərəfindən təmin olunacağı bildirilib.

Gəmi axtarış-xilasetmə əməliyyatları və dənizdə ekoloji qəzaların nəticələrinin aradan qaldırılması üçün nəzərdə tutulacaq.

Paylaş: