Leysan Ankarada nəqliyyatın hərəkətini iflic edib
İyunun 8-də güclü leysan Türkiyə paytaxtının müxtəlif rayonlarında nəqliyyatın hərəkətini iflic edib.
Fhnews.az xəbər verir ki, Ankaranın bir sıra məhəllələrində, xüsusilə Sincan rayonunda yeraltı keçidlər və metro stansiyalarının girişləri su altında qalıb.
Onlarla nəqliyyat vasitəsi su altında qalıb. Şəhər bələdiyyəsinin işçiləri ekskavatorlarla sürücülərə və sərnişinlərə kömək etmək üçün əraziyə gəliblər.
Ankaranın bir hissəsində yerüstü ictimai nəqliyyatın və metronun hərəkəti dayandırılıb, paytaxtın digər rayonlarında uzun tıxaclar yaranıb.
Təbii fəlakət nəticəsində zərərçəkənlər barədə hələlik məlumat verilməyib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...