“Yüksəliş” müsabiqəsinin qaliblərindən dördü BDU-nun məzunudur
Dördüncü “Yüksəliş” müsabiqəsində qalib olan 25 nəfərdən 4-ü Bakı Dövlət Universitetinin (BDU) məzunudur.
Fhnews.az xəbər verir ki, BDU-dan verilən məlumata görə, həmin məzunlardan Şahlar Məmmədov Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə bakalavr, mülki və təsərrüfat hüququ ixtisaslaşması üzrə magistratura təhsili alıb. Səbuhi Göyüşov Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili alıb. Eyyub Fətəliyev Hüquq fakültəsində insan hüquqları ixtisaslaşması üzrə magistratura təhsili alıb. Nicat Qocayev beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, ölkəşünaslıq (ölkələr üzrə) ixtisaslaşması üzrə magistratura təhsili alıb.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Qaliblərin adları kadr ehtiyatı bankına daxil edilir, onlar idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat mükafat əldə edirlər.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...