“Yonhap”: ABŞ-ın nüvə sualtı qayığı Cənubi Koreya limanına daxil olub
ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə enerjisi ilə işləyən sualtı qayığı “USS Vermont” Cənubi Koreyanın Busan şəhərinin limanına daxil olub.
Fhnews.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.
Bildirilib ki, sualtı qayıq ləvazimatları artırmaq və ekipajının istirahəti üçün limana daxil olub. Cənubi Koreya Hərbi Dəniz Qüvvələri Amerika hərbçiləri ilə “dostluq mübadiləsi” planlaşdırdığını bildirib. Bu, “USS Vermont” gəmisinin Cənubi Koreya limanına ilk səfəridir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...