“Yaşıl dünya naminə həmrəylik ili”ndə ağacəkmə aksiyaları davam edir
“Yaşıl dünya naminə həmrəylik ili”ndə növbəti ağacəkmə aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində keçirilib.
Fhnews.az xəbər verir ki, aksiya zamanı 1 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 600-dən çox Eldar şamı və zeytun ağacı əkilib.
Ağacəkmə aksiyalarının keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, vətəndaşları ağac əkməyə təşviq etmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...