“Yaşıl dünya naminə həmrəylik ili” və COP29-a həsr olunmuş tədbir keçirilib
Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu, “Ruzgar” Ekoloji İctimai Birliyi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə Xaçmaz rayonunun Xudat şəhərində “Plastik tullantısız yaşıl dünya” adlı dəyirmi masa keçirilib.
Fhnews.az xəbər verir ki, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən tədbirdə 10-dan çox təşkilatın 30-a yaxın nümayəndəsi iştirak edib.
Tədbirə Xaçmaz rayonu icra hakimiyyətinin, Xudat şəhər icra nümayəndəliyinin, Xaçmaz şəhər Regional Ekologiya idarəsinin, Xudat şəhəri Heydər Əliyev Mərkəzinin, həmçinin ərazidə yerləşən meşə idarəsinin işçiləri və orta məktəb müəllimləri qatılıblar.
Dəyirmi masada plastik tullantıların ətraf mühitə və insan sağlamlığına təsiri və onların idarə olunmasında qarşıya çıxan problemlər ətraflı müzakirə olunub, eləcə də problemlərin həlli yolları barədə geniş məlumat verilib. Radiasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev “Plastik tullantıların idarə olunması: Problemlər və onların həlli yolları”, kimya üzrə fəlsəfə doktoru Rəna Xankişiyeva “Azərbaycanda plastiklərin istehsalı və onların xassələri”, fizika üzrə fəlsəfə doktoru Əminə Mikayılova “Yaşıl dünya naminə həmrəylik” ilində COP29-a doğru” və Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Emil Qafarov “Tədris prosesində ekoloji tarazlığın qorunması” mövzusunda məruzə ilə çıxış ediblər.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...