“Yaponiya Hava Yolları” 41 yeni təyyarə sifariş verib
“Yaponiya Hava Yolları” (Japan Airlines) şirkəti Britaniyada keçirilən Farnboro-2024 aviasiya sərgisində növbəti böyük sifarişini verib.
Fhnews.az xəbər verir ki, “Boeing”ə 10 ədəd “Dreamliner” sifariş edən şirkət avropalı istehsalçı ilə də müqavilə imzalayıb.
“Yaponiya Hava Yolları” “Airbus” şirkətinə 20 ədəd A350-900 və 11 ədəd A321neo hava gəmisi sifariş verib. Şirkət 2028-ci ildən etibarən daxili reyslərdə əsasən dar füzelyajlı “Boeing”lər, beynəlxalq uçuşlarda isə geniş füzelyajlı “Airbus” və “Dreamliner” təyyarələri ilə xidmət göstərmək istəyir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...