“Yagi” qasırğası Çində 1,2 milyondan çox insana ziyan vurub
Çinin cənubunda 1,2 milyondan çox sakin “Yagi” qasırğasından müxtəlif dərəcədə zərər çəkib.
Fhnews.az xəbər verir ki, Çin Mərkəzi Televiziyası qasırğa nəticəsində 3 nəfərin öldüyünü, 95 nəfərin yaralandığını bildirib.
Təbii fəlakət şəhər və kənd yerlərində infrastruktura ciddi ziyan vurub, həmçinin nəqliyyat əlaqələrinin qismən dayandırılmasına səbəb olub. Şiddətli külək binaların damlarını uçurub, yük maşınlarını aşırıb.
Çin Sədri Si Cinpin qasırğanın nəticələrinin aradan qaldırılması üçün tədbirlərin gücləndirilməsi barədə göstəriş verib. O, zədələnmiş nəqliyyat, energetika, rabitə və digər infrastrukturların tezliklə bərpa olunmasına, insanların həyat və əmlakının təhlükəsizliyinin səmərəli şəkildə təmin edilməsinə çağırıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...