“Vikipediya”nın Azərbaycan dili bölməsində dərinlik bir pillə də artıb
Azərbaycan “Vikipediya” icmasının səmərəli və uğurlu fəaliyyəti nəticəsində “Vikipediya” virtual ensiklopediyasının Azərbaycan dili bölməsində dərinlik (keyfiyyət göstəricisi) 45-dən 46-ya yüksəlib. Son bir ildə 7 pillə dərinlik artıb.
Fhnews.az xəbər verir ki, bu barədə AMEA-dan bildirilib.
Dərinlik göstəricisinin artması onu təsdiqləyir ki, “Vikipediya”da məqalə yaradanların sayı artıb və xüsusilə keyfiyyətli, məzmunlu məqalələrin yaradılmasına daha çox üstünlük verilir.
Bu, həm də müxtəlif mövzular ətrafında məqalələrin yaradıldığını göstərir. Redaktəyə ehtiyacı olan məqalələr zənginləşdirilir və oxucuların istifadəsinə təqdim edilir.
Qeyd edək ki, bir neçə ildir AMEA institutlarının əməkdaşları üçün könüllü olaraq “Vikipediya” təlimləri keçirilir. Təlimlərin keçirilməsində məqsəd AMEA-nın elmi müəssisə və təşkilatlarında könüllü “Vikipediya” qruplarının formalaşdırılmasıdır. Son bir ildə isə AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada “Vikipediya” təlimləri təşkil edilir. Könüllü qruplar “Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin yaradılmasına və zənginləşdirilməsinə öz töhfələrini verirlər.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...