“Türksat 6A” sabah ABŞ-na göndəriləcək
Türkiyənin ilk yerli və milli rabitə peyki “Türksat 6A” sabah Ankaradan kosmosa atılacağı ABŞ-nın Florida ştatındakı Cape Canaveral Kosmodromuna göndəriləcək.
Yerli vaxtla saat 12.00-da Mürted Hava Limanında keçiriləcək mərasimə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu və Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır qatılacaq.
Mərasimdən sonra “Türksat 6A” və orbitdə iştirak edəcək heyət Antonov AN-124 tipli yük təyyarəsi ilə ABŞ-na göndəriləcək.” Türksat 6A”-nın hava səyahəti təxminən 1 gün davam edəcək və daha sonra Cape Canaveral Kosmodromunda yerləşən “Space X” obyektlərində buraxılış prosedurlarına başlanılacaq. Peykin 2024-cü il iyulun 8-15-də orbitə çıxarılması planlaşdırılır.
“Türksat 6A” 42 dərəcə şərq orbitində, 35 min 786 kilometr məsafədə yerləşəcək. 7,5 kilovat gücündə və 4 min 250 kiloqram ağırlığında olan Türksat 6A ilə mövcud peyklərin xidmət göstərmədiyi Hindistan, Tailand, Malayziya və İndoneziya Türksatın əhatə dairəsində olacaq. Peyklərin əldə etdiyi əhali 3,5 milyarddan 5 milyarda yüksələcək.
Türksat 6A 42 dərəcə şərq orbitində, 35 min 786 kilometr məsafədə yerləşəcək. 7,5 kilovat gücündə və 4 min 250 kiloqram ağırlığında olan Türksat 6A ilə mövcud peyklərin xidmət göstərmədiyi Hindistan, Tailand, Malayziya və İndoneziya Türksatın əhatə dairəsində olacaq. Peyklərin yetişəcəyi əhali sayı 3,5 milyarddan 5 milyarda yüksələcək.
“Türksat 6A”-nın xidmətə girməsi ilə Türksatın bölgəyə peyk xidməti ixracatını əhəmiyyətli dərəcədə artırmaq hədəflənir.
Məqsədlərdən biri də rabitə peykləri istehsal edə bilən azsaylı ölkələr arasında yer alan Türkiyənin “Türksat 6A” təcrübəsindən sonra peyk ixracatçısına çevrilməsidir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...