“Türk Hava Yolları” uçuş nöqtələrinin sayını artırır
Dünyanın bir çox ölkəsinə uçuşlar edən “Türk Hava Yolları” (THY) aviaşirkəti martın 15-dən etibarən təyinat nöqtələrinin sayını artıracaq.
Fhnews.az xəbər verir ki, bununla bağlı şirkətdən bildirilib. Məlumata əsasən, indiyə qədər beş qitədə 129 ölkə və 345 istiqamətə səfər edən THY martın 15-dən etibarən Avstraliyanın Melburn şəhərinə reyslər təşkil edərək altıncı qitəyə uçuşlara başladacaq. Beləliklə, aviaşirkətin hərəkət istiqamətindəki ölkələrin sayı 130-a yüksələcək.
Uçuşlar Sinqapurdan tranzit səfərlərlə həyata keçiriləcək ki, bununla da THY Melburn aeroportuna uçuş edən yeganə Avropa hava yolu şirkəti olacaq.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...