“Türk Hava Yolları” Brüsselə nəzərdə tutulan bəzi reysləri təxirə salıb
“Türk Hava Yolları” aviaşirkəti (THY) 30 sentyabr - 1 oktyabr tarixlərinə Brüsselə nəzərdə tutulan bəzi reyslərini qarşılıqlı olaraq təxirə salıb.
Fhnews.az xəbər verir ki, bu barədə THY-dən yayılan açıqlamada bildirilib.
Məlumatda qeyd edilib ki, səfərlər Brüssel Hava Limanında işləyən təhlükəsizlik və bəzi texniki bölmə işçilərinin oktyabrın 1-ə planlaşdırdıqları etiraz aksiyası ilə bağlı həyata keçirilməyəcək.
Bu səbəbdən aviaşirkət tərəfindən sentyabrın 30-na nəzərdə tutulan bir, oktyabrın 1-də isə yeddi İstanbul-Brüssel-İstanbul səfəri ləğv edilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...