“Trami” tropik qasırğası Filippində 5,7 milyon insanı evindən edib
Filippinin şimal-şərqində “Trami” tropik qasırğasının yaratdığı yağışlar, daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 85-ə yüksəlib, 5,7 milyon insan isə fırtına səbəbindən evlərini tərk edib.
“Manila Times” qəzetində yer alan xəbərə görə, Mülki Müdafiə Ofisinin verdiyi açıqlamada, fırtınanın yaratdığı yağış kimi təbii fəlakətlər nəticəsində həyatını itirənlərin sayı artıb.
Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurası fırtına səbəbiylə 5,7 milyon insanın didərgin düşdüyünü və təxminən 92 min ailənin təxliyə mərkəzlərinə sığındığını açıqlayıb.
Fırtına nəticəsində 27 mindən çox evin zərər gördüyünü açıqlayan Şura 520 yol və 84 körpünün də daşqından təsirləndiyini bildirib. Fırtına nəticəsində kənd təsərrüfatı sahələrinə və infrastruktura da ciddi ziyan dəyib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...