“Toraci” qasırğası Filippin sahillərinə çatıb
“Toraci” qasırğası bazar ertəsi səhər saatlarında Filippinin şimal-şərq sahillərini vurub və arxipelaqın ən böyük adası Lusonun Aurora əyalətini təsiri altına alıb.
Fhnews.az xəbər verir ki, qasırğa zonasında küləyin sürəti saniyədə 36 metrə, bəzən isə 50 metrə çatıb. Ölkənin şimal sahillərində hündürlüyü üç metr olan dalğalar əmələ gəlib.
Hakimiyyət orqanları qasırğa səbəbindən 2,5 min kənd sakinini məcburi şəkildə təxliyə edib. Bundan əlavə, məktəblər və ofislər bağlanıb, risk altındakı əyalətlərdə bərə reysləri, habelə daxili aviareyslər ləğv edilib.
Qeyd edək ki, “Toraci” son bir ayda Filippini vuran dördüncü güclü qasırğadır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...