22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“Tesla” təhlükəsizlik problemlərinə görə 1,6 milyondan çox avtomobili geri çağıracaq

06-08-2024
IMG

Amerikanın “Tesla” şirkəti Çində idxal edilən və ya bu ölkədə istehsal olunan 1,6 milyondan çox avtomobili təhlükəsizlik problemləri səbəbindən geri çağıracaq.

Fhnews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Bazara Nəzarət və Tənzimləmə üzrə Dövlət İdarəsi məlumat yayıb.

“Bu gündən etibarən 15 oktyabr 2020-ci ildən 17 iyul 2024-cü ilə qədər olan dövrdə Çinə idxal edilmiş və Çində istehsal edilmiş 1 683 627 ədəd həcmindəki “Model S”, “Model X”, “Model 3”, “Model Y” elektromobilləri geri çağırılacaq”, - tənzimləyicinin açıqlamasında bildirilir.

Qeyd olunur ki, bu geri çağırışın tətbiq ediləcəyi avtomobillərdə ön baqaj yeri açıq olarsa, sistem bunu tanımaya bilər və buna görə də baqajın kilidi açıldığına dair xəbərdarlıq verməyə bilər. Tənzimləyici bildirib ki, avtomobil idarə edilərkən ön baqaj yerinin qapağı yellənərək açıla, sürücünün görüş bucağına maneə törədə, digər nəqliyyat vasitələri ilə toqquşma riskini artıra və təhlükəsizlik riski yarada bilər.

Paylaş: