22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib (video, foto)

18-07-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Astara şəhərinin Xəzər dənizi sahilində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.

Təlimin keçirilməsində əsas məqsəd su hövzələrində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, xilasedicilərin suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatları, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub.

Təlimdə FHN-in Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri, Astara Rayon İcra Hakimiyyətinin, Astara Şəhər Bələdiyyəsinin, Astara rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və Astara Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər.

Şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı xilasedicilər zərərçəkmişləri xilas edərək” ilkin yardım göstərildikdən sonra aidiyyəti üzrə təhvil veriblər.

Təlim bitdikdən sonra nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

Bundan əlavə, ərazidə istirahət edən vətəndaşlarla maarifləndirici xarakterli söhbətlər edilib, çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı təbliğat materialları paylanılıb.

Paylaş: