“SpaceX”in Falcon 9 raketinin uçuşları nasazlıq səbəbindən dayandırılıb
Avqustun 28-də ABŞ-nın Florida ştatından buraxılan Falcon 9 orbitdəki Starlink peyklərinə bir qrup yeni peyk göndərib.Raketin təkrar istifadə edilə bilən alt hissəsi geri dönmə zamanı ekipajsız gəmiyə enməli idi. Lakin gücləndirici göyərtəyə enmək üçün mühərriklərini işə saldıqda, onun aşağı hissəsi alovlanıb və raket Atlantik okeanına düşüb.
ABŞ Federal Aviasiya Administrasiyası dünən verdiyi açıqlamada, araşdırma başlanılacağını və problem həll edilənədək Falcon 9-un buraxılışının dayandırılacağını bildirib. “SpaceX” nasazlıqdan sonra dünən üçün planlaşdırılan başqa bir uçuşu ləğv edib.
Falcon 9-un buraxılışı 2016-cı ildən bəri ilk dəfə bu ilin iyulunda dayandırılıb. İyulun 11-də bu dəfə peykləri daşıyan Starlinkə gedən raketin yuxarı hissəsində yenidən nasazlıq yaranıb. Hazırkı fasilənin nə qədər davam edəcəyi bəlli deyil. Bu nasazlıq bir çox insana təsir edib, çünki Falcon 9 həm Polaris Dawn missiyasından, həm də aylardır Beynəlxalq Kosmik Stansiyada yerə qayıtmağı gözləyən kosmonavtları daşıyacaq.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...