“SpaceNews”: Çin Ay stansiyasına 50 ölkəni cəlb etməyi planlaşdırır
Çin International Lunar Research Station (ILRS) Ay stansiyasının çərçivəsində əməkdaşlığa 50 ölkəni cəlb etməyi planlaşdırır.
Fhnews.az xəbər verir ki, bu barədə “SpaceNews” yazır.
“Biz bütün ölkələrlə, o cümlədən qlobal Cənub ölkələri, inkişaf etməkdə olan BRİKS ölkələri, eləcə də Qərb ölkələri ilə beynəlxalq əməkdaşlığa açığıq və onu alqışlayırıq”, - deyə Çinin Ayın kəşfiyyatı proqramının baş dizayneri U. Veyren China Global Television Network (CGTN) telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda Çin 10-dan çox ölkə və 30-a yaxın xarici tədqiqat institutu ilə ILRS ilə bağlı sazişlər imzalayıb. “Biz beynəlxalq Ay elmi-tədqiqat stansiyamızın birgə qurulması üçün 500 xarici elmi-tədqiqat institutunu və 5 min xarici elmi əməkdaşı dəvət edərək, 50 ölkə ilə işləməyə ümid edirik”, - deyə mütəxəssis bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...