22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“Son zəng” günü avtoxuliqanlıq hərəkətləri edən şəxslərlə bağlı tədbirlər görülüb

23-07-2024
IMG

Paytaxtda sürücülük hüququ olmayan yeniyetmələrin “Son zəng” günü avtoxuliqanlıq hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

Fhnews.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, paytaxtın Səbail rayonunda məktəblərdən birinin məzunlarının idarə etdikləri müxtəlif markalı 14 avtomobil müəyyənləşdirilərək müvəqqəti mühafizə olunan duracağa yerləşdirilib.

“Son zəng” günü gücləndirilmiş iş rejimdə xidmət aparan polis əməkdaşları tərəfindən sürücülük hüququ olmadan idarə edilən 80-dən artıq nəqliyyat vasitəsi saxlanılaraq barələrində inzibati tənbeh tədbirləri görülüb.

Həmin gün paytaxt ərazisində yeniyetmələrin iştirakı ilə hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.

Paylaş: