22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“Şimal İşıqları” xaosa səbəb ola bilər

14-07-2024
IMG

Alimlər xəbərdarlıq ediblər ki, “Şimal işıqları” Yerin maqnit sahəsinə təsirlər nəticəsində yaranır və bu, elektrik xətləri, neft boru kəmərləri, dəmir yolları və sualtı kabellər kimi əhəmiyyətli  avadanlıqları zədələyə bilər. Günəş fırtınalarının atmosferə təsirlərinin rabitənin kəsilməsinə səbəb olduğu məlumdur. Bununla belə, Yerin maqnit sahəsinə dəyən planetlərarası zərbələr də yer üzündə güclü elektrik cərəyanlarına səbəb olmaqla infrastrukturu təhdid edir. 

“Frontiers in Astronomy and Space Sciences” jurnalında dərc olunan məqalə göstərir ki, auroralara səbəb olan eyni qüvvələr boru kəmərləri kimi elektrik enerjisi keçirən infrastrukturlara da zərər verə biləcək cərəyanlara səbəb olur. Qütb şüalarının iki prosesdən yarandığını izah edən məqalədə bunun Günəşdən atılan hissəciklərin Yerin maqnit sahəsinə çatması və geomaqnit qasırğasına səbəb olması və ya planetlərarası zərbələrin Yerin maqnit sahəsini sıxması nəticəsində meydana gəldiyi bildirilib.

Paylaş: