22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“Sabah” qəzeti: Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin intensiv tikintisi davam edir

07-10-2024
IMG

2023-cü ilin fevral ayında baş vermiş dağıdıcı zəlzələlərin ilk günlərindən Azərbaycan Türkiyəyə yardım istiqamətində səylərini səfərbər edib. Bu gün qardaş ölkə hökumətinin dəstəyi ilə Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin intensiv tikintisi davam edir.

Fhnews.az xəbər verir ki, bu barədə Türkiyənin nüfuzlu “Sabah” qəzetinin dərc etdiyi materialda qeyd olunub.

Nəşr qeyd edir ki, Kahramanmaraşın “Onikişubat” rayonunda həyata keçirilən tikinti layihəsi çərçivəsində 1110 yaşayış və 766 ticarət obyektinin istifadəyə verilməsi planlaşdırılır ki, onların da bəziləri Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə tikilir.

Qəzet “Azərbaycan” məhəlləsində tikinti işlərinin durmadan davam etdiyini bildirən tikinti ekspertləri Emre Uysal və Hatice Ezgi Reyhanoğlunun rəyinə istinadən yazır: “Artıq məhəllənin ərazisində Heydər Əliyev adına 23 sinif otağı olan ibtidai məktəb açılıb”.

Materialda bildirilir ki, yaşayış massivində ilk evlərin təhvil verilməsi 2025-ci ilin fevral ayına nəzərdə tutulub.

Türkiyə hökuməti daha əvvəl bildirmişdi ki, bu günə qədər ölkənin ötən il baş vermiş zəlzələlərdən zərər çəkmiş on vilayətində 101 mindən çox yaşayış binası istifadəyə verilib.

Paylaş: