“Rosaviasiya”: Qəzaya uğrayan təyyarənin göyərtəsində 6 nəfər olub
Əfqanıstanda radardan itən təyyarə “Atletik Group”a məxsusdur. Təyyarə Daşkənddən Moskvaya uçurdu.
Fhnews.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Hava Nəqliyyatı üzrə Agentliyi (Rosaviasiya) açıqlama yayıb.
Rusiya Federasiyasının mülki təyyarələrinin dövlət reyestrində qeydiyyatdan keçmiş “Falcon 10” təyyarəsi yanvarın 20-də axşam saatlarında Əfqanıstanın hava məkanında (Tacikistan sərhədi yaxınlığında) olarkən əlaqə kəsilib və radarlardan itib.
“İlkin məlumata görə, təyyarənin göyərtəsində altı nəfər - dörd ekipaj üzvü və iki sərnişin olub", - məlumatda deyilir.
“Rosaviasiya” Əfqanıstan və Tacikistanın aviasiya qurumları ilə əlaqə saxlayır. Hazırda təyyarənin axtarışı davam etdirilir.
Bədaxşan əyalətindəki Taliban hərəkatının nümayəndəsi “Khaama Press” agentliyinə hadisənin başvermə səbəbini araşdırmaq üçün bölgəyə qrupun göndərildiyini təsdiqləyib. Agentliyin məlumatına görə, təyyarə radardan çıxıb və dağlıq əraziyə düşüb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...