“Pensiya kalkulyatoru” e-xidmətinə son 6 ayda 992 min müraciət olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən biri olan “Pensiya kalkulyatoru”na yanvar-iyun aylarında 992 min müraciət qeydə alınıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Pensiya kalkulyatoru” e-xidməti istifadəçiyə mövcud qanunvericilik əsasında ona yaşa görə pensiya hüququnun yaranacağı tarix, hər üç pensiya növü (yaşa, əlilliyə və ailə başçısını itirməyə görə) üzrə tələb olunan sığorta stajı və pensiya kapitalı, hazırda pensiyaçı olub-olmaması və s. barədə məlumat təqdim edir.
Ölkənin vahid sosial reyestri olan e.sosial.az portalına keçid edərək, həmin e-xidmətdən istifadə edən hər bir şəxs fərdi şəxsi hesabında toplanmış sosial sığorta kapitalı əsasında ona təyin oluna biləcək pensiya məbləğini də hesablaya bilər
2020-ci ildə istifadəyə verilmiş “Pensiya kalkulyatoru” e-xidmətinə ötən dövrdə müraciət sayı 3,4 milyonu ötüb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...