22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“PAŞA Holding”in sosial tərəfdaşlığı ilə 11600-dən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim edilib

12-09-2024
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə sosial tərəfdaşlığını davam etdirən “PAŞA Holding” aztəminatlı ailələrin uşaqlarını məktəbli ləvazimatları ilə təmin edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, şirkət yeni tədris ili ərəfəsində Bakı və regionlarda, həmçinin Naxçıvan Muxtar Respublikasında ünvanlı dövlət sosial yardımı alan 11 min 600-dən çox ailənin yeni tədris ilində 1-ci sinfə gedəcək övladlarının məktəbli ləvazimatları ilə təminatını həyata keçirib.

“PAŞA Holding” tərəfindən təqdim edilən çanta, məktəbli forması və digər zəruri məktəb ləvazimatları Agentliyin əməkdaşları tərəfindən aztəminatlı ailələrə çatdırılıb.

Paylaş: