“Mitsubishi” elektrik avtomobilləri istehsal edəcək
Yaponiyanın “Mitsubishi Electric” şirkəti və qabaqcıl avtomobil hissələri buraxan “Aisin” şirkəti elektrik avtomobillərinin istehsalına dair birgə müəssisə yaratmaq barədə razılıq əldə ediblər.
Fhnews.az Yaponiya mediasına istinadla xəbər verir ki, tam elektrik və hibrid avtomobillər üçün mühərrik və digər komponentlər istehsal edəcək birgə müəssisədə “Mitsubishi” 66, “Aisin” isə 34 faiz paya sahib olacaq.
“Mitsubishi” avtomobil hissələri biznesindən, o cümlədən yanacaqla işləyən avtomobillər üçün injektorlar istehsalından imtina edərək, resurslarını elektrikli nəqliyyat vasitələrinə yönəltməyi qərar alıb.
Tərəflər ümid edir ki, onların əməkdaşlığı sürətlə inkişaf edən elektrik avtomobili sənayesində rəqabət qabiliyyətini artıracaq.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...