22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“Miras şərikliyi və mirasın bölüşdürülməsi” adlı elmi-praktik vəsait çap olunub

09-09-2024
IMG

Ali Məhkəmənin Mülki kollegiyasının hakimi Zaur Əliyevin müəllifi olduğu “Miras şərikliyi və mirasın bölüşdürülməsi” adlı elmi-praktik vəsait Azərbaycan Hakimlər İttifaqının dəstəyi ilə çap olunub.

Hakimlər İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, kitabda vərəsəlik hüququnun mühüm institutlarından olan miras şərikliyi və mirasın bölüşdürülməsi mövzusunun bugünkü aktuallığı və əhəmiyyəti vurğulanıb, miras şərikliyinin anlayışı və xüsusiyyətləri, şəriklikdə iştirak edən vərəsələrin səlahiyyətləri, şərikliyin ləğvi və mirasın bölüşdürülməsi kimi məsələlər elmi-praktik materiallar əsasında təhlil edilib, bəzi rəy və təkliflər verilib.

Mövzunun əhəmiyyəti nəzərə alınaraq, kitabın mülki hüquq sahəsində fəaliyyət göstərən hakimlərə, vəkillərə, notariuslara və universitetlərə paylanması nəzərdə tutulur.

Paylaş: