“Mina təhlükəsi ilə mübarizədə beynəlxalq standartlar və innovativ həllər” mövzusunda texniki konfrans keçirilib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində “Mina təhlükəsi ilə mübarizədə beynəlxalq standartlar və innovativ həllər” mövzusunda texniki konfrans keçirilib.
Fhnews.az xəbər verir ki, ANAMA-nın mətbuat xidmətindən verilən məlumata görə, konfransın əsas məqsədi ölkəmizdə yaradılması nəzərdə tutulmuş “Mina təhlükəsi ilə mübarizə üzrə beynəlxalq qabaqcıl təcrübə və təlim mərkəzi”nə Aİ tərəfindən dəstək göstərilməsi, minatəmizləmənin bir sıra aspektləri üzrə ANAMA, Aİ-nin bir sıra üzv dövlətləri və tərəfdaş ölkələrinin nümayəndələri arasında qabaqcıl beynəlxalq təcrübə, öyrənilmiş dərslər və innovativ həllərə dair fikir mübadiləsinin aparılması olub.
Tədbir zamanı minatəmizləmədə ətraf mühit məsələləri, minalardan zərərçəkənlərə dəstək, həmin təhlükə ilə mübarizə fəaliyyətində yeni texnologiyalar və innovativ həllər, gender bərabərliyi və minatəmizləmə fəaliyyəti, akkreditasiya, risklərin idarə olunması, donor koordinasiyası mövzuları üzrə fikir mübadiləsi aparılıb.
Tədbirdə Agentliyin İdarə Heyəti sədrinin müavini Samir Poladov və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko, eləcə də İnsan Təhlükəsizliyinin Artırılması Təşkilatının (ITF) prezidenti, ANAMA-nın nümayəndələri, Bosniya və Herseqovina Minatəmizləmə Mərkəzinin rəhbər şəxsləri, BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyi, ölkəmizdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş dövlət qurumları, şirkətlərin, həmçinin yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının əməkdaşları iştirak ediblər.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...