“Milton” qasırğası Florida sahillərinə yaxınlaşır
ABŞ-ın Florida ştatı növbəti təbii fəlakətə - Meksika körfəzi üzərindən ölkəyə yaxınlaşan “Milton” tropik qasırğasına hazırlaşır.
Fhnews.az xəbər verir ki, Florida qubernatoru Ron Desantis ştatın bəzi rayonlarında fövqəladə vəziyyət rejimi elan edib.
“Milton” qasırğasının həftənin ortalarında Florida ştatının qərb sahilinə çatacağı gözlənilir. Ştatın fövqəladə hallar idarəsi əhalini 2017-ci ildə baş vermiş “İrma” qasırğasından sonra ən böyük təbii fəlakətə hazır olmağa çağırıb.
Qeyd edək ki, bir həftə öncə Floridanın şimal-qərbini vuran “Helen” qasırğası ştatda daşqınlara və dağıntılara səbəb olub. Qasırğa nəticəsində Florida, Corciya, Şimali Karolina, Cənubi Karolina, Tennessi və Virciniya ştatlarında 200-dən çox insan ölüb.
Tropik siklonlar isti okean suları üzərində formalaşır. Mütəxəssislərin fikrincə, qlobal istiləşmə güclü tufanların başvermə ehtimalını artırır. Atlantik okeanında qasırğalar mövsümü iyunun 1-dən noyabrın 30-dək davam edir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...