“Microsoft” şirkəti süni intellekti dəstəkləyən kompüterlər istehsal edəcək
Amerikanın “Microsoft” şirkəti “Surface” noutbuk və planşetlərinin yenilənməsinə hazırlaşır. Cihazlar süni intellekt funksiyasını dəstəkləyən yeni nəsil neyron prosessorları ilə təchiz olunacaq.
Fhnews.az xəbər verir ki, bu barədə “Windows Central” portalı məlumat yayıb.
Nəşrin mənbələrinin məlumatına görə, “Surface Pro 10” və “Surface Laptop 6” ARM arxitekturasının bazasında “Qualcomm Snapdragon X” çipləri və ya “Intel”in 14-cü nəsil prosessorları ilə komplektləşdirilib.
“Microsoft” daxilində “Qualcomm” çipləri bazasında növbəti nəsil ARM-cihazları “CADMUS” kompüterləri adlandırılır. Bu texnika “Hudson Valley” kod adı ilə xüsusi olaraq “Windows” əməliyyat sisteminin yeni versiyası altında xüsusi işlənib hazırlanır. O, növbəti nəsil süni intellektin gələcək imkanlarının çoxundan istifadə edəcək.
“Microsoft” “CADMUS” kompüterlərini eyni avtonom iş, istehsal və təhlükəsizliyə malik “Apple” cihazlarına rəqib kimi görür. Növbəti “Surface Pro” və “Surface Laptop”un fərdi “CADMUS” kompüterlərinin birincilərdən olacağı və yeni cihazların “Hudson Valley” buraxılışına hazırlıq çərçivəsində gələn il satışa çıxarılacağı gözlənilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...