“Lufthansa” avqustun 8-dək Təl-Əvivə uçuşları dayandırıb
Almaniyanın “Lufthansa Group” konserninə məxsus aviaşirkətlər Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsi ilə əlaqədar Təl-Əvivə uçuşları avqustun 8-dək, Beyruta uçuşları isə avqustun 12-dək dayandırıb.
Fhnews.az xəbər verir ki, bu barədə “Lufthansa” aviakompaniyasının mətbuat xidməti məlumat yayıb. Aviadaşıyıcı bundan öncə Livan paytaxtına uçuşların avqustun 5-dək həyata keçirilməyəcəyini bildirmişdi.
Qeyd edək ki, iyulun 30-da İsrail ordusu Beyruta aviasiya zərbəsi endirib. Hücum zamanı “Hizbullah”ın lideri Həsən Nəsrullahın sağ əli və hərəkatın hərbi təşkilatında strateji məsələlərə, o cümlədən raket silahlarına cavabdeh olan Fuad Şükrü öldürülüb.
İyulun 31-də isə İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana gələn HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə İsrailin endirdiyi raket zərbəsi nəticəsində həlak olub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...