22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“Liberty Media” ən zəngin idman imperiyası adını qoruyub saxlayır

30-01-2024

“Forbes” jurnalı Formula 1-in sahibi “Liberty Media” şirkətini ardıcıl olaraq ikinci dəfə dünyada ən zəngin idman imperiyası adlandırıb.

Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, “Liberty Media”nın bütün aktivlərinin qiyməti 18,22 milyard ABŞ dolları məbləğində dəyərləndirilir. Bu, ötən illə müqayisədə 12 faiz azdır. Azalma onunla bağlıdır ki, 2023-cü ilin iyulunda “Liberty Media” ona məxsus olan “Atlanta Braves” beysbol klubunu ayrıca şirkət kimi müəyyən edib.

Reytinqin ikinci pilləsində “Kroene Sports and Entertainment” qərarlaşıb. “Los Angeles Rams” Amerika futbolu klubuna, “Denver Nuggets” basketbol klubuna və Londonun “Arsenal” futbol klubuna sahib olan şirkətin varidatı 15,59 milyard ABŞ dolları təşkil edir (ötən illə müqayisədə artım 22 faizə bərabərdir).

İlk üçlüyü “Fenway Sports Group” qapayır. Bu şirkətin var-dövləti 12,95 milyard ABŞ dolları məbləğində qiymətləndirilir (ötən illə müqayisədə 25 faiz artım olub). Şirkətin aktivlərinin sırasına “Boston Red Sox” beysbol komandası, “Pittsburgh Penguins” hokkey və “Liverpul” futbol komandaları daxildir.

“Fenway Sports Group” Formula 1-lə dolayısı ilə bağlıdır. Belə ki, o, ötən il “Aston Martin” komandasında pay əldə edən “Arctos Partner” şirkətinin minoritar səhmdarıdır.

Paylaş: